Arif Əsədov Azərbaycanın U-21 millisinə təyinat almamasına münasibət bildirib

Xəbərlər
14 Mart 2025 17:53
50
Arif Əsədov Azərbaycanın U-21 millisinə təyinat almamasına münasibət bildirib

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov 21 yaşadək futbolçulardan ibarət yığmaya baş məşqçi təyin olunmamasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, "Report"a açıqlama verən mütəxəssis bu gün AFFA İcraiyyə Komitəsi tərəfindən U-21 millisinə baş məşqçi təyin edilən Ayxan Abbasova uğurlar arzulayıb.

"Ümid edirəm ki, Ayxan Abbasov işinin öhtəsindən layiqincə gələcək. AFFA-nın verdiyi qərarlara hər zaman olduğu kimi hörmətlə yanaşırıq. Təyinatdan öncə başqa məşqçilərlə, o cümlədən mənimlə də fikir mübadiləsi aparılmışdı. Yəqin hər bir mütəxəssislə ayrılıqda danışılıb və müəyyən kriteriyalara görə Ayxan Abbasov seçilib. Fərqi yoxdur, kim baş məşqçi olur-olsun, təki Azərbaycan futbolu irəli getsin", - Əsədov vurğulayıb.

Qeyd edək ki, U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasovla 2 illik müqavilə imzalanıb.

İdman.biz