Kamal Umudlu Niderland – Xorvatiya matçına təyinat alıb

Xəbərlər
14 Mart 2025 19:16
34
Kamal Umudlu Niderland – Xorvatiya matçına təyinat alıb

FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.

İdman.biz xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

Kamal Umudlu 3 qarşılaşmada ədaləti qoruyacaq. Təmsilçimiz martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.

İdman.biz