Neymar millidən kənarda

Xəbərlər
15 Mart 2025 09:48
31
Neymar millidən kənarda

Neymar Braziliya millisinin heyətindən kənarlaşdırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı baş məşqçi Dorival Junior verib.

“Santos”un hücumçusu DÇ-2026-nın seçmə mərhələsinin qarşıdakı iki oyununda forma geyinməyəcək. Neymarla birlikdə Danilo və Ederson da heyətdən çıxarılıb.

Buna tibbi personalın rəyi səbəb olub. Müayinələrdən sonra bu üç oyunçunu Endrik, Lukas Perri və Aleks Sandronun əvəzləməsi qərara alınıb.

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, beş gün sonra Argentina ilə qarşılaşacaq.

İdman.biz