Kriştiano Ronaldo narazı qalıb - FOTO

Xəbərlər
15 Mart 2025 10:22
39
Kriştiano Ronaldo narazı qalıb - FOTO

Kriştiano Ronaldo "Əl-Xolud"la qarşılaşmanın (3:1) 61-ci dəqiqəsində əvəzlənməsindən narazı qalıb.

İdman.biz xəbər verir ki, məyus görünən “Əl-Nəsr”in forvardı meydandan çıxınca əllərini qaldıraraq dərhal paltardəyişmə otağına gedib.

40 yaşlı portuqaliyalı oyunun 4-cü dəqiqəsində hesabı açıb. Səudiyyə Ərəbistanı çempionatında 19-cu qolunu vuran futbolçu bombardirlər yarışında liderliyini möhkəmləndirib.

Qeyd edək ki, Ronaldo liqada son yeddi matçın 4-də əvəzlənib.

İdman.biz