Millimiz Bolqarıstanla üz-üzə

Xəbərlər
15 Mart 2025 10:35
32
Millimiz Bolqarıstanla üz-üzə

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in ikinci seçmə mərhələsində II turun görüşünə çıxacaq.

B liqasının oyunları Bakıda keçirilən II qrupunda çıxış edən millimiz Bolqarıstanla görüşəcək. İlk turda Lüksemburqa 0:5 hesabı ilə uduzan komandamız ilk xal üçün mübarizə aparacaq.

Qeyd edək ki, qrupda turun digər oyununda Lüksemburqla Malta üz-üzə gələcək. Bu oyun saat 11:00-da başlayacaq.

AVRO-2025-in II seçmə mərhələsi
B liqası, II qrup
15 mart, II tur
16:00. Bolqarıstan - Azərbaycan

Bayıl stadionu

1

Bolqarıstan

1

1

0

0

5-0

3

2

Lüksemburq

1

1

0

0

5-0

3

3

Azərbaycan

1

0

0

1

0-5

0

4

Malta

1

0

0

1

0-5

0

İdman.biz