Kilian Mbappe indi yelkən yarışlarını izləyəcək.
İdman.biz xəbər verir ki, "Real"ın forvardı Fransanın "France SailGP Team" komandasına sərmayə qoyub.
Onun "Inspired By KM" xeyriyyə fondu rəsmi tərəfdaş olub və yelkəndə loqosu yerləşdirilib.
Mbappe bunun sərmayədən daha böyük iş olduğunu deyir: “Fəxr edirəm ki, "Inspired By KM" bu layihəyə bütün dünyadan daha çox gənci cəlb etmək imkanı əldə edəcək. "Inspired By KM" vasitəsilə mən bütün dünyadakı gənclərə əlimi uzatmaq və onlara arzularına inanmaq üçün güc vermək istəyirəm”.
Mbappenin yayda aldığı "Caen" futbol klubu isə hazırda Fransa Liqa 2-də sonuncu - 18-ci yerdə qərarlaşıb.
İdman.biz