Misli Premyer Liqasının bu gün keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu əlamətdar hadisə ilə yadda qala bilər.
İdman.biz xəbər verir ki, Ağdam klubu bir qol vursa, bu, Gəncə təmsilçisinin qapısından keçirdiyi 100-cü top olacaq.
“Qarabağ” indiyədək “Kəpəz”i 99 dəfə məyus edib. Ağdamlılar istəklərinə çatsalar, bu, ölkə çempionatları tarixində 7-ci belə hadisə olacaq.
1992-ci ildən keçirilən yarışın tarixində 6 cütdə bir komanda digərinin qapısına 100 və daha çox qol vurub. Bunlardan dördü “Qarabağ”ın, ikisi “Neftçi”nin payına düşür.
“Şamaxı” hər iki rəqibdən 100 və ya daha çox qol buraxıb. “Kəpəz” də eyni uğursuzluğa düçar ola bilər. Qərblilər artıq “Neftçi”dən bu qədər qol buraxıb.
Rekord isə Azərbaycan derbisinə məxsusdur. “Qarabağ” “Neftçi”yə 137 top vurub.
137 – “Qarabağ” (“Neftçi”yə)
124 – “Qarabağ” (“Sumqayıt”a)
122 – “Neftçi” (“Şamaxı”ya)
114 – “Qarabağ” (“Şamaxı”ya)
104 – “Qarabağ” (“Qəbələ”yə)
100 – “Neftçi” (“Kəpəz”ə)
Vüqar Xeyrullayev
İdman.biz