"Real"ın futbolçusu İspaniya millisində - son 9 ildə İLK DƏFƏ

Xəbərlər
15 Mart 2025 17:56
33
"Real"ın futbolçusu İspaniya millisində - son 9 ildə İLK DƏFƏ

"Real"ın 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio Madrid klubunun yetirməsi və hazırkı futbolçusu kimi son 9 ildə İspaniya millisində debüt edəcək ilk oyunçu ola bilər.

İdman.biz xəbər verir ki, o, gələn həftə UEFA Millətlər Liqasının 1/4 finalı çərçivəsində Niderland ilə keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.

Sonuncu belə futbolçu AVRO-2016 ərəfəsində millidə debüt edən Lukas Vaskes olub. O vaxtdan bəri "Real"in yetirmələri İspaniya komandasında debüt etsələr də, o vaxtlar başqa klubların (Xoselu, Fran Qarsiya) üzvü olublar.

Qeyd edək ki, həmin dövr ərzində yeddi futbolçu - Ansu Fati, Qavi, Alejandro Balde, Lamine Camal, Pau Kubarsi, Firmin Lopez və Mark Kasado “Barselona”nın üzvü kimi İspaniya millisində debüt edib.

İdman.biz

Məqalədə: