Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin üzvü olduğu "Eqnatia" Albaniya çempionatında liderliyini davam etdirir.
İdman.biz xəbər verir ki, komanda 30-cu turda evdə "Tirana" ilə heç-heçə oynayaraq (1:1) xalını 54-ə çatdırıb.
Əliyev 45+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, hərəyə bir futbolçusu "qırmızı" aldığından hər iki komanda oyunu on nəfərlə bitirib.
İdman.biz