İspaniya "Segunda" divizionunun 31-ci turunda səfərdə "Kordoba" ilə oyunun 85-ci dəqiqəsində fərqlənməklə məğlubiyyətdən xilas olan "Sportinq Xixon" sevimli nəticəsinə imza atıb - 1:1.
İdman.biz xəbər verir ki, bu, komandanın ardıcıl 6-cı heç-heçəsidir.
Özü də "Sportinq Xixon"un son dörd oyunu eyni - 1:1 hesabı ilə başa çatır.
Heç-heçə seriyasından əvvəlki matçda qələbə qazandığını nəzərə alsaq, komanda ardıcıl 7 oyunda uduzmamağı ilə təsəlli tapa bilər.
1979-cu ildə İspaniyanın vitse-çempionu olan, sonuncu dəfə La Liqada 2016/17 mövsümündə çıxış edən "Sportinq Xixon" hazırda "Segunda" divizionunda 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, "Everton" da İngiltərə Premyer Liqasında ardıcıl 4-cü oyunda heç-heçə edib.
İdman.biz