Xvalkonun "Qarabağ"la oyunda meydana çıxmamağının SƏBƏBİ

Xəbərlər
16 Mart 2025 11:07
54
Xvalkonun "Qarabağ"la oyunda meydana çıxmamağının SƏBƏBİ

"Kəpəz"in kapitanı Yeqor Xvalkonun "Qarabağ"la matçda ehtiyat oyunçular skamyasında qalmasının səbəbi müəyyənləşib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Azər Bağırov Premyer Liqanın XXVIII turunda qarşılaşacaqları "Səbail"lə oyunu göz önünə alaraq belaruslu legioneri meydana buraxmayıb.

Xvalkonun passivində 3 sarı vərəqə olduğundan baş məşqçi onu qorumağı lazım bilib.

Qeyd edək ki, "Kəpəz" - "Səbail" qarşılaşması martın 30-da baş tutacaq.

İdman.biz