Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Kökçu Finlandiya Liqa kubokunun finalına çıxıb.
İdman.biz xəbər verir ki, 26 yaşlı futbolçunun komandası HJK turnirin yarımfinalında KuPS-ə 3:1 hesabı ilə qalib gəlib.
Ozan fasilədən sonra meydana çıxıb və məhz bundan sonra onun komandası iki qol vurub.
Qeyd edək ki, HJK Liqa kubokunun martın 29-da keçiriləcək final matçında "İnter Turku" ilə qarşılaşacaq.
İdman.biz