Qrizmann ABŞ-yə köçür - SƏBƏB

Xəbərlər
16 Mart 2025 16:57
26
Qrizmann ABŞ-yə köçür - SƏBƏB

Madrid "Atletiko"sunun futbolçusu Antuan Qrizmann ABŞ-yə köçmək - MLS çempionatında oynamaq niyyətindədir.

İdman.biz xəbər verir ki, 33 yaşlı forvardın ailəvi səbəblərə görə bu addımı atmaq istədiyi bildirilir.

Martın sonunadək onunla “Atletiko”nun rəhbərliyi arasında görüş keçiriləcək və dünya çempionunun gələcəyi ilə bağlı qərar veriləcək.

"Relevo"nun məlumatına görə, Qrizmannın həmyerliləri Uqo Lloris və Olivye Jirunun da çıxış etdikləri "Los Anceles" klubu ilə danışıqları davam edir.

Bildirilir ki, fransalı ilə müqavilənin müddətinin 2026-cı ilin yayına kimi olmasına baxmayaraq, "Atletiko" ona maneə yaratmayacaq, çünki klubla futbolçu arasındakı münasibət futboldan da kənara çıxır və qarşılıqlı hörmət sonsuzdur.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 27 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

İdman.biz