"Nyukasl" 70 ildən sonra ilk dəfə İngiltərədə kubok qazanıb.
İdman.biz xəbər verir ki, komanda Liqa kubokunun finalında gözlənilmədən Premyer Liqanın lideri "Liverpul"a qalib gəlib - 2:1.
"Nyukasl" sonuncu dəfə 1955-ci ildə FA kubokunu qazanmışdı.
Qeyd edək ki, komanda beynəlxalq arenada 1969-cu ildə Yarmarkalar kubokunun qalibi olub.
İngiltərə
Liqa kuboku, final
16 mart
20:30. "Liverpul" - "Nyukasl" 1:2
Qollar: Kyeza, 90+4 - Börn, 45. İsak, 52.
İdman.biz