"Sabail" baş məşqçisi Cavid Hüseynovu istefaya göndərib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün Misli Premyer Liqasında XXVII turu çərçivəsində keçirilən oyunda “Səbail” “Neftçi”yə 2:1 hesabı ilə məğlub olub. Bu, klubun cari mövsümdə 17-ci məğlubiyyəti olub.
37 yaşlı mütəxəssis ötən ilin noyabr ayında "dənizçilər"in baş məşqçisi təyin olunmuşdu.
Qeyd edək ki, "Səbail" hazırda turnir cədvəlində 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
İdman.biz