Kurban Berdiyev: "Problemlərin nə olduğunu deməyəcəyəm"

Xəbərlər
16 Mart 2025 21:16
38
Kurban Berdiyev: "Problemlərin nə olduğunu deməyəcəyəm"

"Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu birbaşa nəticəyə təsir edir".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının XXVII turu çərçivəsində "Sumqayıt""la baş tutan oyundan (2:1) sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularının səhvləri ilə bağlı fikirlərini açıqlayıb: "Çətindir. Göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər. Lakin seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.

Baş mışqçi avrokuboklara vəsiqə qazana bilmədikləri haldada Azərbaycanda davam edəcəyini vurğulayıb: "Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir".

Kurban Berdiyev Araş Qaderi, Orxan Əliyev, Anton Kraçkovski barədə də danışıb: Onların komandada qalıb-qalmayacaqlarında bəhs edib: "Hələ baxarıq. Qarşıda bir dövrə var".

İdman.biz