İngiltərəli məşqçilərin Premyer Liqa klubları ilə titul həsrəti sona çatıb.
İdman.biz xəbər verir ki, buna “Nyukasl”ın çalışdırıcısı Eddi Hau son qoyub.
O, son 17 ildə Premyer Liqa klubu ilə titul qazanan ilk ingiltərəli olub. Onun komandası Liqa kubokunun finalında “Liverpul”a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ingiltərəli məşqçilər 2008-ci ildən titula həsrət idi. Həmin vaxt Harri Rednapp “Portsmut”la İngiltərə kubokunu qazanıb.
İdman.biz