Ağasəlim Mircavadov: “Cavid Hüseynov sona qədər qalıb işləməli idi”

Xəbərlər
17 Mart 2025 10:22
128
Ağasəlim Mircavadov: “Cavid Hüseynov sona qədər qalıb işləməli idi”

“Cavid yaxşı futbolçu olub. Həm yığmada, həm klubda oynayıb”.

Bunu İdman.biz-ə AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

O, “Səbail”in baş məşqçisi Cavid Hüseynovun klub rəhbərliyi tərəfindən istefaya göndərilməsinə münasibət bildirib. Mircavadovun sözlərinə görə, bəzən elə hadisələr olur ki, futbol mütəxəssisi özü də məəttəl qalır: “Buna görə də, mənim nə klubun, nə də məşqçinin işinə qarışmaq fikrim yoxdur. Ancaq hesab edirəm ki, əgər Cavidi dəvət etmişdilərsə, o, sona qədər qalıb işləməli idi. Klub rəhbərləri düşünməlidir ki, tez-tez baş məşqçini dəyişmək yaxşı əlamət deyil. "Turan Tovuz"da Kurban Berdiyev kimi təcrübəli mütəxəssisin yanında çalışıb. O, hələ cavan məşqçidir, uğurları hələ qabaqdadır. Məşqçi olmaq üçün Cavidə çox işləmək lazımdır və indi o, öz üzərində çox çalışır. Bizdə cavan məşqçilər hamısı baş məşqçi olmaq istəyir. Bu, xoşuma gəlir. Amma onlar bilməlidir ki, baş məşqçi olmağın yükü də ağırdır”.

Qeyd edək ki, "Səbail" baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının XVII turunun "Neftçi" (1:2) ilə matçından sonra istefaya göndərib. 37 yaşlı mütəxəssis ötən ilin noyabrında "dənizçilər"in baş məşqçisi təyin olunmuşdu.

Aytac Sahəd
İdman.biz