“Səbail”in yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisini Elvin Məmmədov çalışdıracaq. Baş məşqçi vəzifəsinin icrası cari mövsümün sonunadək ona həvalə edilib.
Qeyd edək ki, Məmmədov istefaya göndərilən Cavid Hüseynovun köməkçilərindən biri olub.
İdman.biz