"Səbail"in icraçı direktoru: "Baş məşqçinin istefaya göndərilməsi nəticələrlə bağlıdır"

Xəbərlər
17 Mart 2025 12:24
54
"Səbail"in icraçı direktoru: "Baş məşqçinin istefaya göndərilməsi nəticələrlə bağlıdır"

"Cavid Hüseynovun istefaya göndərilməsi birmənalı şəkildə nəticələrlə bağlıdır".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında “Səbail”in icraçı direktoru Firuz Abdulla deyib.

Funksioner baş məşqçi ilə yolların ayrılması ilə bağlı fikirlərini bölüşüb: "Mətbuat konfransında səsləndirdiyi fikirlərin buna heç bir aidiyyəti yoxdur. Bu tək "Neftçi" ilə matçın nəticəsinə aid deyil. Onun fəaliyyəti dövründəki nəticələr uğursuz sayılıb və istefaya göndərilməsi ilə bağlı qərar qəbul edilib. Qarşılaşmadan dərhal sonra söhbət üçün dəvət olunub. Amma bildirib ki, mətbuat konfransından sonra gəlib danışacaq. Mətbuat konfransından sonra isə rəhbərliklə görüşməyib, bazanı tərk edib. Biz də qərarımızı vermişik".

Firuz Abdulla "mütəxəssisə təzminat ödəniləcəkmi" sualını cavablandırıb: "Özü ilə müzakirə edəndən sonra bununla bağlı qərar qəbul ediləcək".

Qeyd edək ki, "Səbail" ötən gün Misli Premyer Liqasının XXVII turunda evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzub. Qarşılaşmadan sonra "dənizçilər" baş məşqçi Cavid Hüseynovun istefaya göndərildiyini açıqlayıb.

İdman.biz