“Qırmızı şeytanlar”ın 6-cısı

Xəbərlər
17 Mart 2025 13:12
55
“Qırmızı şeytanlar”ın 6-cısı

Brunu Fernandeş “Mançester Yunayted”in heyətində Premyer Liqadakı assist sayını 50-yə çatdırıb.

İdman.biz xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın tarixində Premyer Liqada 50 və daha çox məhsuldar ötürmə edən 6-cı futbolçu olub.

O, 5-ci sıradakı Erik Kantonadan 1 assist geri qalır. Rekord isə Rayan Giqqzə məxsusdur – 162. Ueyn Runinin 93, Devid Bekhemin 80, Pol Skoulzun 55 assisti var.

Qeyd edək ki, Brunu “Lester”lə dünən keçirilən oyunda (3:0) qol və 2 assistə imza atıb.

İdman.biz