“Qəbələ”nin futbolçusu Şahin Şahniyarovun I Liqadan Azərbaycan millisinə dəvət olunması böyük əks-səda doğurub.
İdman.biz xəbər verir ki, baş məşqçi Fernandu Santuşun belə qərarına PFL-in mətbuat xidməti də biganə qalmayıb.
Qurum 20 yaşlı yarımmüdafiəçiyə həsr olunan videopaylaşım hazırlayıb. Burada Şahinin qısa açıqlaması və oyunlarından epizodlar yer alıb: “Sözün düzü, bu xəbər mənim üçün ani oldu. Bir az gözlənilməz idi”.
Qeyd edək ki, Şahniyarov Haiti və Belarusla yoldaşlıq oyunları üçün heyətə çağırılıb.
İdman.biz