“Barselona”nın oyununun tarixi müəyyənləşib

Xəbərlər
17 Mart 2025 16:46
51
“Barselona”nın oyununun tarixi müəyyənləşib

La Liqanın təxirə salınan “Barselona” – “Osasuna” oyununun tarixi bəlli olub.

İdman.biz xəbər verir ki, XXVII turun qarşılaşması martın 27-də keçiriləcək.

Bu görüş martın 8-də baş tutmalı idi. Amma oyunun startından bir saat əvvəl kataloniyalıların həkimi Karlos Minyarro Qarsiya vəfat etdiyi üçün təxirə salınıb.

Qeyd edək ki, öncədən qarşılaşmanın aprelin 26-da və ya mayın 21-də keçiriləcəyi gözlənilirdi.

İdman.biz

Məqalədə: