Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in ikinci seçmə mərhələsində son görüşünə çıxıb.
B liqasının oyunları Bakıda keçirilən II qrupunda çıxış edən millimiz III turda Malta ilə görüşüb. Nərgiz Qurbanovanın yetirmələri autsayderlə oyunda 0:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra komandamız qrupda sonuncu yeri tutub.
Qeyd edək ki, qrupda turun digər oyununda Bolqarıstan Lüksemburqu 4:0 hesabı ilə məğlub edib.
AVRO-2025-in II seçmə mərhələsi
B liqası, II qrup
18 mart, III tur
13:00. Malta - Azərbaycan - 2:0
Qollar: Nina-Li Naudi, 50, 53
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)
Bayıl stadionu
1 |
Bolqarıstan |
3 |
2 |
0 |
1 |
11-3 |
6 |
2 |
Lüksemburq |
3 |
2 |
0 |
1 |
10-4 |
6 |
3 |
Malta |
3 |
1 |
0 |
2 |
2-10 |
3 |
4 |
Azərbaycan |
3 |
1 |
0 |
2 |
3-9 |
3 |
İdman.biz