Niderland millisində oynamış futbolçu İslamı qəbul edib - FOTO

Xəbərlər
18 Mart 2025 13:12
53
Niderland millisində oynamış futbolçu İslamı qəbul edib - FOTO

Niderland millisinin keçmiş üzvü Kuinsi Promes İslamı qəbul edib.

İdman.biz xəbər verir ki, 33 yaşlı futbolçu ötən ilin martında Birləşmiş Ərəb Əmirliklərində həbs olunduqdan sonra dinini dəyişmək qərarına gəlib.

2024-cü ilin martında Avropa ölkəsində narkotik qaçaqmalçılığı işində təqsirli bilinən və 6 il müddətinə azadlıqdan məhrum edilən Promes onun ekstradisiyasında israrlı olan Niderland prokurorluğunun tələbi ilə BƏƏ-də həbs edilib. O, mayda girov müqabilində həbsdən buraxılıb, lakin ekstradisiya tələbi ilə bağlı qərar verilənə qədər ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Promes 2014-2021-ci illərdə Niderland millisində 50 oyuna 7 qol vurub. Vaxtilə Moskva "Spartak"ı, "Sevilya" və "Ayaks"ın formasını geyinən futbolçu 2024-cü ildən BƏƏ-nin 1-ci divizion klubu "Dubai United"də çıxış edir.

İdman.biz

Məqalədə: