Komanda sağ olan futbolçunun xatirəsini bir dəqiqəlik sükutla yad edib - VİDEO

Xəbərlər
18 Mart 2025 16:15
55
Komanda sağ olan futbolçunun xatirəsini bir dəqiqəlik sükutla yad edib - VİDEO

Bolqarıstan çempionatı çərçivəsində evdə “Levski” ilə oyundan əvvəl "Arda" klubu öldüyü iddia edilən sabiq futbolçusu, 78 yaşlı Petko Qançevin xatirəsini yad edib.

İdman.biz xəbər verir ki, hakimin start fitindən əvvəl mərkəzi dairədə toplaşan oyunçular bir dəqiqəlik sükutla veteran futbolçunu yad etsələr də, sonra onun sağ olduğu müəyyənləşib.

"Arda"nın mətbuat xidməti səhvin aşkarlanmasından dərhal sonra bəyanat yayıb: "Klubumuzun rəhbərliyi keçmiş futbolçumuz Petko Qançev və ailəsindən onun ölümü ilə bağlı yanlış məlumat yaydığımıza görə səmimi qəlbdən üzr istəyir. Petkoya uzun illər can sağlığı və "Arda"nın uğurlarına sevməsini arzulayırıq".

Qançev özü olanlara yumorla reaksiya verib: "Evə gələndə həyat yoldaşım məni göz yaşları içində qarşılayaraq qışqırdı: "Petko, televiziyada dedilər ki, ölmüsən!" Bunu eşidəndə özümə bir az içki süzdüm və sağlamlığıma içdim!"

İdman.biz