Yığmamız Haiti və Belarusla oyunların hazırlığına start verib - FOTO

Xəbərlər
18 Mart 2025 20:10
47
Yığmamız Haiti və Belarusla oyunların hazırlığına start verib - FOTO

Futbol üzrə Azərbaycan yığması Haiti və Belarus komandaları ilə keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına start verib.

İdman.biz xəbər verir ki, millimiz Neftçi Futbol Mərkəzində bu gün ilk məşqinə çıxıb.

Yığmanın baş məşqçisi Fernandu Santuşun rəhbərliyi altında hazırlıq keçən komandada 25 futbolçu yer alıb.

Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra Bank Respublika Arenada Belarusla üz-üzə gələcək.

İdman.biz