“Qarabağ”, “Sabah” və "Sumqayıt"a CƏZA

Xəbərlər
19 Mart 2025 11:55
76
“Qarabağ”, “Sabah” və "Sumqayıt"a CƏZA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVII turunun oyunları ilə bağlı qərarlar verilib.

“Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.

“Sabah” – “Zirə” matçında Əsasnamənin tələbləri pozulduğuna görə Bakı klubu 500 manat cərimələnib.

“Turan Tovuz” – “Sumqayıt” oyununda qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat ziyana düşüb.

İdman.biz