DÇ-2026: İngiltərədən qələbə ilə start - YENİLƏNİB

Xəbərlər
22 Mart 2025 01:44
162
DÇ-2026: İngiltərədən qələbə ilə start - YENİLƏNİB

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 6 matç keçirilib.

İngiltərə yığması seçmə mərhələsinə qələbə ilə start verib. "Üç şirlər" hər hissədə Albaniyanın qapısından bir top keçirib..

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
I tur, 21 mart

H qrupu
21:00. Kipr – San Marino - 2:0
Qollar: Pittas, 55. Kakoullis, 87
23:45. Rumıniya – Bosniya və Herseqovina - 0:1
Qol: Qiqoviç, 14

G qrupu
23:45. Polşa – Litva - 1:0
Qol: Levandovski, 81
23:45. Malta - Finlandiya - 0:1
Qol: Altman, 38

K qrupu
23:45. İngiltərə - Albaniya - 2:0
Qollar: Lyuis-Skeli, 20. Keyn, 77
23:45. Andorra – Latviya - 0:1
Qol: Sits, 58

İdman.biz