Haitidən sonra Azərbaycan millisinin rəqibi Belarus komandası olacaq.
İdman.biz xəbər verir ki, yoldaşlıq görüşü martın 25-də Masazırdakı “Bank Republika Arena” stadionunda keçiriləcək.
Rəqib komanda artıq Bakıdadır.
Belarus millisi Azərbaycana səfəri ərəfəsində Düşənbədə Tacikistan komandasını böyük hesabla məğlub edib (5:0). Matçda qollar 63-cü dəqiqədən sonra vurulub. Bu, Belarusun rəqib meydanında ən böyükhesablı qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, Tacikistan millisinin “Kəpəz”li hücumçusu Şervoni Mabatşoyev görüşün 2-ci hissəsində meydana çıxıb.
İdman.biz