Yığmadan biabırçı nəticə - VİDEO

Xəbərlər
22 Mart 2025 23:36
224
Yığmadan biabırçı nəticə - VİDEO

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Fernandu Santuşun yetirmələri Haiti ilə yoldaşıq oyununa çıxıb.

Bu, yığmamızın 2025-ci ildə ilk sınağı olub. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında millimiz acı məğlubiyyət yaşayıb. Rəqib komanda 3 cavabsız qolla qalib gəlib.

Mehdi Hüseynzadə adına stadion da ilk dəfə millini qəbul edib. Haiti də millimizlə birinci duelə çıxıb.

Qeyd edək ki, yığmamız martın 25-də Bakıda Belarusla yoldaşlıq matçında qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu
22 mart
21:45. Azərbaycan - Haiti - 0:3
Qollar:
Pyerro, 9; 62. Denli Jan Jak, 83

Baş hakim: Kadir Sağlam (Türkiyə)
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov (k), 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 19. Nəriman Axundzadə, 17. Toral Bayramov, 10. Mahir Emreli
Baş məşqçi: Fernandu Santuş

Haiti: 1. Aleksandr Pyer, 8. Martin Eksperiens, 4. Rikardo Ade (k), 22. Jan-Kevin Duvern, 2. Karlens Arkus, 17. Denli Jan Jak, 14. Leverton Pyer, 21. Kristofer Atis, 20. Frontdi Pyero, 10. Luisius Don Didson, 9. Dukkens Nazon
Baş məşqçi: Sebastien Miqne

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İdman.biz

Məqalədə: