“Zirə”nin legioneri Ange Mutsinzi Ruanda millisində növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, müdafiəçi DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin Nigeriya ilə görüşündə iştirak edib.
Ruanda yığması bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Ange oyundan sonra rəqib komandanın ulduzu, “Qalatasaray”da çıxış edən Viktor Osimhenlə görüşüb. Mutsinzi hücumçuya “Zirə”nin formasını hədiyyə edib.
Qeyd edək ki, bu matça həm Ange, həm də “Səbail”in hücumçusu İnnosent Nşuti start heyətində çıxıb.
İdman.biz