Azərbaycan millisinin heyətinə çağırılan futbolçuların oyun və qol göstəriciləri açıqlanıb.
İdman.biz xəbər verir ki, baş məşqçi Fernandu Santuşun sərəncamında olan ən təcrübəli oyunçu Bədavi Hüseynovdur.
O, yığmada 77 oyun keçirib. Haiti və Belarusla qarşılaşmalarda əsas kapitan da Hüseynov olacaq. Onun kimi, Mahir Emreli də “50”ni arxada qoyanlardandır.
İki futbolçu bu gün Haiti ilə matçda yubiley qeyd edə bilər. “Qarabağ”ın futbolçuları Sumqayıtdakı qarşılaşmanı 30-cu oyuna çıxmaq məqsədilə gözləyir. Bunlar Şahrudin Məhəmmədliyev və Toral Bayramovdur.
Ümumiyyətlə, Santuşun sərəncamındakı 25 futbolçudan 19-u əvvəllər milli forma geyinib. Digər 6 oyunçu isə debütünü gözləyir.
futbolçu |
oyun |
qol |
Bədavi Hüseynov |
77 |
1 |
Mahir Emreli |
51 |
6 |
Renat Dadaşov |
34 |
4 |
Bəhlul Mustafazadə |
33 |
1 |
Toral Bayramov |
29 |
4 |
Şahrudin Məhəmmədliyev |
29 |
-39 |
Aleksey İsayev |
28 |
1 |
Coşqun Diniyev |
28 |
0 |
Elvin Cəfərquliyev |
26 |
1 |
Rahil Məmmədov |
22 |
0 |
Elvin Camalov |
20 |
0 |
Musa Qurbanlı |
16 |
3 |
Qismət Alıyev |
13 |
0 |
Amin Seydiyev |
12 |
0 |
Ozan Can Kökçü |
11 |
0 |
İsmayıl İbrahimli |
8 |
0 |
Nəriman Axundzadə |
4 |
0 |
Rza Cəfərov |
3 |
-6 |
Zamiq Əliyev |
1 |
0 |
Aydın Bayramov |
0 |
0 |
Mert Çelik |
0 |
0 |
Ağadadaş Salyanski |
0 |
0 |
Xəyal Əliyev |
0 |
0 |
Rəhman Daşdəmirov |
0 |
0 |
Şahin Şahniyarov |
0 |
0 |
Vüqar Xeyrullayev
İdman.biz