Stadionunu icarəyə verib - 1,5 milyon avro qazanıb

Xəbərlər
22 Mart 2025 17:58
51
Stadionunu icarəyə verib - 1,5 milyon avro qazanıb

Artıq dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsi üzündən “Şaxtyor” bu mövsüm Çempionlar Liqasında ev oyunlarını Almaniyanın Gelzenkirxen şəhərində keçirməyə məcbur olub.

İdman.biz xəbər verir ki, Ukrayna çempionu "Arena AufSchalke"ni 4 oyunluq icarəyə götürüb.

Ran.de portalının məlumatına görə, "Şalke" bu işdən təxminən 1,5 milyon avro məbləğində gəlir əldə edib.

Qeyd edək ki, ötən ilin avqustunda mətbuatda “Şaxtyor”un stadionun icarəsinə görə “Şalke”yə 2 milyon avro ödəyəcəyi barədə məlumatlar yayılmışdı. Amma o vaxt söhbət sadəcə Ukrayna tərəfindən ödənişin ümumi məbləğindən gedirdisə, indi konkret olaraq Almaniya klubunun gəlirindən gedir.

İdman.biz

Məqalədə: