AFFA-nın diskvalifikasiya etdiyi klub rəsmisi: “Niyə eləmədiyim bir iş üçün cəza almalıyam?”

Xəbərlər
22 Mart 2025 17:34
75
AFFA-nın diskvalifikasiya etdiyi klub rəsmisi: “Niyə eləmədiyim bir iş üçün cəza almalıyam?”

“Axı, mən niyə eləmədiyim bir iş üçün cəza almalıyam?”.

Bunu İdman.biz-ə Ağcabədinin “Olimpiya” klubunun rəsmisi Orxan Əliyev deyib.

Məşqçi AFFA-nın İntizam Komitəsinin ona verdiyi cəzaya münasibət bildirib: “Bu qərarla razı deyiləm. Yüz faiz Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına şikayət verəcəm. Həmin liqanın müəllimi olmadığım halda haqqımda belə bir qərar verilib”.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında U-13 və U-14 Liqalarında çıxış edən Ağcabədi komandaları ilə bağlı qərar verib. “Olimpiya” klubunun rəsmisi Orxan Əliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

Aytac Sahəd
İdman.biz