Fernandu Santuş qələbəsiz davam edir - 7 oyun

Xəbərlər
23 Mart 2025 09:25
74
Fernandu Santuş qələbəsiz davam edir - 7 oyun

Sumqayıtda yoldaşlıq görüşündə Haiti futbolçularına 0:3 hesabı ilə uduzan Azərbaycan millisi 2025-ci ilə məğlubiyyətlə başlayıb.

İdman.biz xəbər verir ki, bununla Fernandu Santuşun rəhbərlik etdiyi komandanın qələbəsiz seriyası 7 oyuna çatıb.

Həmin matçlardan 6-da uduzan milli yalnız ötən ilin noyabrında Qəbələdə Estoniya ilə qarşılaşmada heç-heçə edə bilib (0:0).

Qeyd edək ki, Azərbaycan komandası sonuncu dəfə 2024-cü ilin iyununda Qazaxıstanla yoldaşlıq görüşündə qələbə qazanıb - 3:2. Onda millinin baş məşqçisi vəzifəsini Arif Əsədov icra edirdi.

İdman.biz