Milli komandalar tarixinin ən yaxşı futbolçuları - FOTO

Xəbərlər
23 Mart 2025 11:49
58
Milli komandalar tarixinin ən yaxşı futbolçuları - FOTO

Britaniyanın məşhur “Give me Sport” portalı milli komandalar tarixinin ən yaxşı futbolçularının reytinqini dərc edib.

İdman.biz xəbər verir ki, siyahıda ilk pillədə dünya çempionatlarının yeganə üçqat qalibi olan əfsanəvi braziliyalı hücumçu Pele qərarlaşıb.

Daha sonra Argentina millisi ilə son dünya çempionatında qələbə qazanan və Amerika kubokunun ikiqat qalibi Lionel Messi gəlir. Reytinqdə üçüncü yer braziliyalı Kafuya nəsib olub.

Siyahıda əfsanəvi argentinalı Dieqo Maradona dördüncü, Kriştiano Ronaldo isə onuncudur.

İdman.biz