Azərbaycan millisinin rəqibi Fransa olacaq, Almaniya, Portuqaliya və İspaniya da yarımfinalda - VİDEO

Xəbərlər
24 Mart 2025 02:41
210
Azərbaycan millisinin rəqibi Fransa olacaq, Almaniya, Portuqaliya və İspaniya da yarımfinalda - VİDEO

UEFA Millətlər Liqası 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, dörd qarşılaşmada yarımfinalçılar müəyyənləşib.

İki oyunun nəticəsinə görə Xorvatiyaya qalib gələn Fransanın DÇ-2026 seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacağı da müəyyənləşib. Fransızlardan başqa, Almaniya, Portuqaliya və İspaniya komandaları da UEFA Millətlər Liqasının yarımfinalına vəsiqə qazanıblar.

UEFA Millətlər Liqası, 1/4 final
23 mart
23:45. İspaniya –
Niderland 3:3, pen. 5:4 (ilk oyun 2:2)

23:45. Portuqaliya – Danimarka 5:2 (ə.v.) (0:1)

23:45. Fransa – Xorvatiya 2:0, pen. 5:4 (0:2)

23:45. Almaniya – İtaliya 3:3 (2:1)

İdman.biz