Uels klubunun futbolçusu həbs edilib

Xəbərlər
23 Mart 2025 16:19
58
Uels klubunun futbolçusu həbs edilib

Uels klubunun futbolçusu kokain alverinə görə həbs edilib.

İdman.biz xəbər verir ki, Evan Press narkotik alverində təqsirli bilinərək Nyuport məhkəməsinin qərarı ilə iki il altı ay müddətinə həbs edilib.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm Uels Premyer Liqasında yarımpeşəkar "Barri Taun"un heyətində hər oyuna çıxıb və 33 qarşılaşmadan 19-da komandanın kapitanı olub.

Press 2018-ci ildə kluba gəldikdən sonra ümumilikdə 187 oyunda 11 qol vurub.

İdman.biz