“Dinamo”nun futbolçusu: “Ulu babam Azərbaycandandır, lakin təklifi rədd etdim”

Xəbərlər
23 Mart 2025 18:18
58
“Dinamo”nun futbolçusu: “Ulu babam Azərbaycandandır, lakin təklifi rədd etdim”

“Anamın dediyinə görə, ulu babam Azərbaycandandır”.

İdman.biz Sportnet.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Dinamo Mahaçqala” klubunun futbolçusu Mutalip Alibekov deyib.

28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan millisinə dəvət olunması barədə danışıb: “Moskvanın MOİK klubuna keçəndə Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət almışdım. Orada Dağıstandan bir neçə tanışım çıxış edirdi. Yəqin ki, mənim haqda nəsə demişdilər. Mənə zəng edib maraqlandılar. Amma bu təklifdən imtina etdim”.

Alibekov imtina etməsinin səbəbini açıqlayıb: “MOİK-dən Rusiya millisinə gedə biləcəyimi düşünürdüm. Həmin hadisədən sonra “Transfermarkt” saytında mənim Rusiyanın vətəndaşlığından əlavə Azərbaycan pasportumun da olduğu göstərilir. Amma bu belə deyil.

Rusiya U-19 yığma komandasının sabiq üzvü azərbaycanlı köklərinin olduğunu deyib: “Anamın dediyinə görə, səhv etmirəmsə, ulu babam Azərbaycandandır”.

O, AFFA-ya imtina etdikdən sonra onunla əlaqə saxlanılmaığını əlavə edib.

Qeyd edək ki, Mutalip Alibekov karyerası ərzində MOİK və “Dinamo Mahaçqala”dan əlavə ölkəsinin “Ximki”, “Baltika” və Belarusun “Smoleviçi” klublarında çıxış edib.

İdman.biz