Norveçin qeyri-adi səhvi - moldovalılar Holanddan narazı qalıblar

Xəbərlər
23 Mart 2025 18:47
49
Norveçin qeyri-adi səhvi - moldovalılar Holanddan narazı qalıblar

Norveç millisi səfərdə Moldova ilə oyunda sinə hissəsində səhv tarix yazılmış köynəklərdə çıxış edib.

İdman.biz xəbər verir ki, matç martın 22-də keçirilsə də, formalarda “23.03.2025” yazılıb.

DÇ-2026 seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Moldovalılar qollardan birinə imza atan Erlinq Holanddan narazı qalıblar. "Mançester Siti"li futbolçu matçdan sonra "Zimbru" stadionunda adını qışqıraraq onun yaxınlaşmasını istəyən gənc azarkeşlərə məhəl qoymayıb, mətbuat konfransında isə moldovalı oxşarı ilə ünsiyyətdən imtina edib.

İdman.biz