Azərbaycan millisi - Toral Bayramovdan sonra rəqib qapısına yol tapan olmayıb

Xəbərlər
23 Mart 2025 20:20
50
Azərbaycan millisi - Toral Bayramovdan sonra rəqib qapısına yol tapan olmayıb

Sumqayıtda keçirilən yoldaşlıq görüşündə Haiti futbolçularına 0:3 hesabı ilə məğlub olmaqla Azərbaycan millisinin qolsuz seriyası 3 oyuna çatıb.

İdman.biz xəbər verir ki, Fernandu Santuşun yetirmələri bundan əvvəl ötən ilin noyabrında İsveç (0:6) və Estoniya (0:0) ilə qarşılaşmalarda da rəqib qapısına yol tapa bilməyiblər.

Azərbaycan millisi sonuncu dəfə 2024-cü ilin oktyabrında Bakıda Slovakiyaya məğlub olduğu oyunda (1:3) qol vurub - Toral Bayramov fərqlənib.

İdman.biz