Bosniya və Herseqovina millisinin heyətində zədələnən Edin Dzeko son durumunu paylaşıb.
İdman.biz xəbər verir ki, "Fənərbaxça"nın 39 yaşlı futbolçusu sosial media hesabında zədədən sonrakı şəklinə “Ya hər şey, ya heç nə” yazıb.
Səfərdə Rumıniyaya 1:0 hesabı ilə qalib gəldikləri oyunda Dzekonun burnu sınıb və o, fasilədə əvəzlənib.
İdman.biz