"Real" tarixində ilk dəfə "Barselona"nı məğlub edib

Xəbərlər
23 Mart 2025 22:57
102
"Real" tarixində ilk dəfə "Barselona"nı məğlub edib

Qadınlardan ibarət “Real” futbol klubu tarixində ilk dəfə İspaniya çempionatında “Barselona”nı məğlub edib.

İdman.biz xəbər verir ki, bu gün Barselonanın "Olimpiko" stadionunda keçirilən görüş 3:1 hesabı ilə Madrid klubunun xeyrinə başa çatıb.

Hesabı 41-ci dəqiqədə Alba Redondo açsa da, 67-ci dəqiqədə Karolin Qrem Hansen hesabı bərabərləşdirib. Kerolayn Veyr 87 və 90+7-ci dəqiqələrdə qol vuraraq “Real”a qələbə qazandırıb.

Bundan əvvəlki 18 qarşılaşmanın hamısında “Barselona” qalib gəlib.

Qeyd edək ki, “Barselona” məğlubiyyətə baxmayaraq, 23 oyundan sonra 63 xalla İspaniya çempionatının lideri olaraq qalır. Real Madrid 59 xalla ikincidir. Martın 30-da keçiriləcək növbəti turda “Barselona” “Qranada”, “Real” isə “Real Sosyedad”la qarşılaşacaq.

İdman.biz