Meksika Millətlər Liqasının qalibi olub - VİDEO

Xəbərlər
24 Mart 2025 09:16
67
Meksika Millətlər Liqasının qalibi olub - VİDEO

KONKAKAF Millətlər Liqasına yekun vurulub.

İdman.biz xəbər verir ki, turnirin son günündə final və 3-cü yer uğrunda matç keçirilib.

ABŞ-da keçirilən həlledici görüşdə Meksika və Panama qarşılaşıb. Raul Himenesin dublu meksikalılara çempionluq qazandırıb – 2:1. 3-cü yer uğrunda qarşılaşmada Kanada ABŞ-ı məğlub edib.

KONKAKAF Millətlər Liqası
23 mart
Final
Meksika – Panama – 2:1

Raul Himenes, 8, 90+2 (p.) - Karrasquilla Alkazar, 45+2 (p.)

3-cü yer uğrunda oyun
Kanada – ABŞ – 2:1

Tanitoluva Oluvaseyi, 27, Conatan David, 59 – Patrik Aqyemanq, 35

İdman.biz