Kriştiano Ronaldodan yeni REKORD

Xəbərlər
24 Mart 2025 11:33
49
Kriştiano Ronaldodan yeni REKORD

Kriştiano Ronaldo yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, 40 yaşlı hücumçu milli komandada ardıcıl 22 təqvim ilində qol vuran ilk futbolçu olub.

Portuqaliya yığmasının ulduzu Millətlər Liqasının 1/4 final mərhələsinin Danimarka ilə cavab matçında fərqlənib. O, 5:2 hesablı qələbəyə 72-ci dəqiqədəki qolla töhfə verib.

Qeyd edək ki, Ronaldo millidə ilk qolunu vurduğu 2004-cü ildən başlayaraq hər təqvim ilində fərqlənib.

İdman.biz