Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Berlin “Dinamo”sunun heyətində növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, hücumçu Berlin Liqa kubokunun matçında meydana çıxıb.
1/4 finalda “Kroatia” ilə üz-üzə gələn “Dinamo” rəqibini üç cavabsız qolla darmadağın edib. Dadaşov qarşılaşmadakı son topun müəllifi olub.
Qeyd edək ki, turnirə mayın 24-də yekun vurulacaq.
İdman.biz