Səbuhi Abdullazadə: “Bu sınaqdan üzüağ çıxmaq istəyirik"

Xəbərlər
24 Mart 2025 16:23
54
Səbuhi Abdullazadə: “Bu sınaqdan üzüağ çıxmaq istəyirik"

"Meydana qələbə üçün çıxacağıq".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə Belarusla yoxlama matçından öncə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qarşılaşmada qələbəyə köklənəcəklər: "Öncəki oyunda məğlub olduq. Ümid edirəm ki, sabahkı oyunda həmin nəticəni unutdurarıq. Sabah qələbə qazana biləcəyik. Biz də məğlub olmağı istəməzdik. Bu oyunda qələbə qazanarıq. Bu sınaqdan üzüağ çıxmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 25-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Aytac Sahəd
İdman.biz