Çingiz İsmayılov dəfn olunub - FOTO

Xəbərlər
24 Mart 2025 16:35
74
Çingiz İsmayılov dəfn olunub - FOTO

AFFA-nın dünyasını dəyişmiş sabiq baş katibi Çingiz İsmayılov Bakının Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, mərasimdə mərhumun yaxınları və dostları, futbol veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

AFFA və FIFA isə əklil göndərib.

İsmayılov üç həftə əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Şəfiqə xanımın məzarı ilə yanaşı torpağa tapşırılıb.

Qeyd edək ki, Çingiz İsmayılov ötən gün 89 yaşında dünyasını dəyişib.

İdman.biz