Yığmamızın baş məşqçisi: “Ümid edirəm ki, ilk qələbə Belarusla oyunda olacaq”

Xəbərlər
24 Mart 2025 16:38
73
Yığmamızın baş məşqçisi: “Ümid edirəm ki, ilk qələbə Belarusla oyunda olacaq”

"Sadəcə olaraq hamılıqla qələbəyə inanmalıyıq".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusla matçdan öncə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, yığmanın hər oyunda qələbə imkanı olur: “Ümid edirəm ki, ilk qələbə sabahkı oyunda olacaq. Nəyi düzgün etmədiyimizi anlamalı və onu növbəti oyunda düzəltməliyik. Oyunçular hər zaman qələbəyə istəkli olmalıdır. Bir futbol mütəxəssisi olaraq deyə bilərəm ki, komanda daha iti davranmalıdır. Əgər bunları edə bilsək, qələbə bizə yaxın olacaq".

Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 25-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Aytac Sahəd
İdman.biz

Məqalədə: